"Putinə güvənmirik" – ABŞ-dan açıqlama

ABŞ hakimiyyəti heç vaxt Rusiya Federasiyası və Prezident Vladimir Putinə güvənməyəcək.

Bunu CBN televiziyasına müsahibəsində ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli deyib.

"Biz nə Rusiyaya, nə də Putinə güvənirik. Vaşinqton və Moskva arasında dostluq mümkün deyil. Bu, sadəcə faktdır", - deyə o bildirib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31