Məxfi Qüds görüşü: İsrail Kremlin istəyini rədd etdi

İsrail Rusiyanın Suriya ilə sərhəddə 100 kilometrlik demarkasiya xətti (döyüşən dövlətlərin qoşunlarını müvəqqəti barışıq zamanında sülh müqaviləsi, yaxud hər hansı sazişlə daimi sərhədlər müəyyənləşənə qədər ayıran xətt - red.) yaratması haqqında təklifini rədd edib.

Bu barədə məlumatı "Tayms of İsrail" qəzeti yayıb. Qəzet Təl-Əvivin Rusiyanın təklifini rədd etməklə bərabər, ümumiyyətlə, Suriyada bir nəfər də olsun İran əsgərini görmək istəmədiyini deyib. İsrailin istəkləri sırasında həmçinin Suriyanın uzaq mənzilli raketlərinin ləğvi, raket istehsal edən bütün obyektlərin məhvi də yer alıb.

Qeyd edək ki, dünən Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Baş Qərargah rəisi Valeri Gerasimovun İsrailə səfəri baş tutub. Səfər çərçivəsində onlar İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşüblər. Görüşdə əsas müzakirə mövzusu Suriya məsələsi olub.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31