Pakistanda naməlum şəxs mitinqə toplaşanları atəşə tutub, sonra da özünü vurub
Pakistanın Pəncab əyalətinin Çakval bölgəsində naməlum şəxs siyasi mitinq iştirakçılarına atəş açıb.
24 İyul 2018 12:16 DünyaPakistanın Pəncab əyalətinin Çakval bölgəsində naməlum şəxs siyasi mitinq iştirakçılarına atəş açıb.
Hadisə nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.
Hadisə dünən gecə saatlarında baş verib. Yerli partiyalardan birinin təşkil etdiyi mitinqə gələn şəxs kütləyə avtomatik silahdan atəş açdıqdan sonra özünü də vurub.
Polis hadisə ilə bağlı araşdırma aparır.
İlkin versiyaya görə, nümayişçilərə hücum edən şəxs ruhi xəstə olub.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31