İrana ağır zərbə: Bu dəfə Hindistan...
24 İyul 2018 12:04 DünyaHindistan 2017-2018-ci ildə İrandan neft idxalını təxminən 25 faiz azaldıb.
Ötən il cənub qonşumuzdan 13.04 milyon ton neft alan Hindistanın bu göstəricisi cari ildə 9.8 milyon tona qədər geriləyib.
Hindistan Neft naziri Dharmendra Pradxanın parlamentə təqdim etdiyi hesabata görə, Hindistan özünün neft ehtiyacını ödəmək üçün daha çox İraqa üz tutub. Elə İrandan azalan neft idxalı da İraq neftinin hesabına konpensasiya edilib.
Xatırladaq ki, rəsmi Vaşinqton müttəfiq ölkələrdən 4 noyabra qədər İrandan neft idxalını dayandırmasını tələb edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31