Ankaradan Afinaya təcili zəng: "Yardıma hazırıq"

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu yunan həmkarı Nikos Kociasa zəng vurub.

Nazirlərin telefon danışığında gündəm nəzarətə alına bilməyən yanğın olub.

Çavuşoğlu yunan həmkarına yanğında dünyasını dəyişənlərlə bağlı başsağlığı verərək, istənilən yardıma hazır olduqlarını bildirib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31