Argentinada "Almagro" klubunun qapıçısı qətlə yetirilib

Argentinanın "Almagro" klubunun qapıçısı, 25 yaşlı Fakundo Espindola ölüb.

O, küçədə baş verən dava zamanı qətlə yetirilib.

Xəbər verilir ki, futbolçu gecə vaxtı dostları ilə boulinq meydançasının qarşısında dayanıbmış. Onların yaxınlığından keçən avtomobildə olanlar Espindola və dostlarını təhqir edib. Daha sonra mübahisə futbolçunun sinəsindən bıçaqlandığı davaya çevrilib.

Artıq cinayəti törətməkdə şübhəli bilinən futbolçu - 3-cü divizionda çıxış edən "san Telmo" klubunun üzvü Nauel Ovyedo həbs edilib. Hadisə yerindən cinayətin törədildiyi 30 sm uzunluğundakı bıçaq da tapılıb.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31