Tereza Mey hobbilərindən danışıb

Böyük Britaniyanın baş naziri Tereza Mey öz hobbilərindən bəhs edib.

O, boş vaxtlarında yemək bişirməyi sevir.

Onun sözlərinə görə, evində 150-dən çox yemək kitabı var.

Bundan əlavə, o, televiziya şoularını izləməyi və gəzməyə getməyi də sevir.

İngiltərə hökumətinin başçısı öz işinin "dünyanın ən stresli" iş olduğunu da qəbul edib.

Qeyd edək ki, Tereza Mey 11 iyul 2016-cı ildən bəri İngiltərənin baş naziridir. O, həmçinin, 11 iyul 2016-cı ildən Mühafizəkarlar Partiyasının lideridir.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31