Şimali Koreya ballistik raketləri sınaqdan keçirdiyi poliqonu sökür

Şimali Koreya Pxyönan-Pukto vilayətindəki Soxe kosmodromunu sökür.

Bu kosmodromda qitələrarası "Xvason-15" ballistik raketi sınaqdan keçirilmişdi.

Peyk vasitəsilə əldə edilən məlumata əsasən, 20 iyul tarixindən bu yana poliqonda söküntü işləri aparılır. Bu obyektlər isə Şimali Koreyanın qitələrarası ballistik raket proqramının inkişafı üçün vacib rol oynayırdı. Söküntü işləri isə Şimali Koreyanın inam qazanmaq üçün addımlar atdığını göstərir.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31