Venesuelada inflyasiya milyon faizə çatacaq

İlin sonuna Venesuelada inflyasiya milyon faizə çata bilər. Bu da müasir iqtisadiyyatda ən pis iqtisadi böhrandır.

Bu barədə "Reuters" Beynəlxalq Valyuta Fonduna istinadən məlumat yayıb. 

Bildirilir ki, Venesuela sakinləri zibil yeyir, hamilə qadınlar abort etdirir. Mütəxəssislərin rəyinə görə, ölkədəki hiperinflyasiya Almaniyada 1932, Zimbabvedə isə 2000-ci ildə yaşanan inflyasiya ilə müqayisə edilə bilər. 

Onu da qeyd edək ki, Venesuela hökuməti hələlik bu xəbərləri təsdiqləmir. Lakin ölkə müxalifəti istehlak məhsullarının dəyərinin 46,3 faiz artdığını iddia edir. 

Xatırladaq ki, 2014-cü ildə neftin ucuzlaşmasından sonra ölkədə böhran başlayıb.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31