Hindistanda qaz balonu partladı, binanı dağıtdı - 4 ölü, 12 yaralı

Hindistanın şimalında Uttar-Pradeş ştatında ikimərtəbəli binada partlayış baş verib.

Qəza qaz balonunun partlaması nəticəsində baş verib. Polis hadisə nəticəsində azı 4 nəfərin öldüyünü, daha 12 nəfərin yaralandığını bildirib.

Məlumata görə, qaz balonunun partlamasına səbəb qaz sızması olub. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Partlayış baş vermiş ikimərtəbəli binanın isə tamamilə dağıldığı bildirilir.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31