ABŞ-da yaşayış binası uçub

ABŞ-ın Mayami-Biç şəhərində 12 mərtəbəli yaşayış binası uçub.

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb, dağıntılar altında qalanların olduğu ehtimalı  var.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralanan şəxs xəstəxanaya yerləşdirilib.

İlkin məlumata əsasən, uçan bina qəzalı vəziyyətdə olub.

APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31