Yunanıstanda sahilboyu tikililər yanır - VİDEO
23 İyul 2018 23:34 DünyaYunanıstan paytaxtı yaxınlığında başlayan meşə yanğını Afina ilə Korinf arasında yerləşən sahilboyu tikililəri də ağuşuna alıb.
Yanğının söndürülməsinə onlarla yanğınsöndürən, üç təyyarə və iki helikopter cəlb olunub. Lakin güclü külək yanğını nəzarətə almağa imkan vermir.
Bundan əlavə, məhz küləkli hava sahilboyu evlərin də yanmasına səbəb olub.
Yunanıstan Mülki Müdafiə nazirliyinin baş katibi Yannis Kapakis bildirib ki, ilk növbədə insanların həyatlarını və evlərini yanğından mühafizə etmək üçün böyük qüvvə cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31