Çində nəhəng sualtı robotlar yaradılacaq

Çin süni intellektə malik nəhəng və nisbətən ucuz XLUUV pilotsuz sualtı gəmilərin istehsalına başlayacaq.

Gəmilər müxtəlif məqsədlər, o cümlədən kəşfiyyat, minalanma və düşmən qayıqlarının taranı üçün istifadə olunacaq.

Robotlaşdırılmış sualtı qayıqların 2020-ci ildən sonra istifadəyə veriləcəyi gözlənilir.

Onlar insanların idarə etdikləri qayıqları əvəzləməyəcəklər, lakin ABŞ-ın Cənubi Çin dənizindəki və Sakit okeandakı hərbi gəmilərinin qarşısının alınmasında yardım göstərməlidirlər.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31