"Trampın Putinlə görüşü tarixi səhv oldu" - Rays
23 İyul 2018 18:08 DünyaABŞ Prezidenti Donald Trampın Rusiya lideri ilə Helsinkidə təkbətək görüşməsi tarixi bir səhv oldu.
Bu sözləri ABŞ-ın keçmiş prezidenti Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Syuzan Rays deyib. Raysın sözlərinə görə, Trampın milli təhlükəsizlik məsələləri üzrə komandası Putinlə təkbətək görüşün bütün detallarını bilməlidir.
"Biz hər şeyi bilməliyik, Trampın milli təhlükəsizlik üzrə komandası da hər şeyi bilməlidir. Açığı, nəinki Donald Trampa istənilən ABŞ prezidentinə 2 saat heç bir stenoqraf, müşavir olmadan ABŞ-a qarşı ən böyük rəqib olan liderlərdən biri ilə əyləşməsinə imkanı vermək tarixi bir səhv idi", - Rays bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31