Rusiyada "sibir xorası"na görə karantin

Tuvanın Barun-Xemçikski rayonunda karantin elan olunub.

Karantin iki nəfər "Sibir xorası"na yoluxma ehtimalı ilə xəstəxanaya yerləşdirildikdən sonra elan olunub.

Qeyd edək ki, daha öncə 31-34 yaşlarında iki şəxsin iribuynuzlu heyvanları kəsdikdən sonra "Sibir xorası"na yoluxma ehtimalı ilə xəstəxanaya müraciət etmələri barədə məlumat verilmişdi.

Hazırda xəstəxanada müalicə olunan şəxslərin vəziyyəti normal qiymətləndirilir.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31