Nigeriyada terrorçular məscidə hücum edib, 8 nəfər ölüb, 7 nəfər yaralanıb
23 İyul 2018 17:18 DünyaNigeriyanın şimal-şərqində yerləşən Borno əyalətində "Boko Haram" terrorçu qruplaşmasının məscidə bombalı hücumu nəticəsində 8 nəfər ölüb, 7 nəfər ağır yaralanıb.
Bunu Borno əyaləti Mülki Müdafiə Qüvvələrinin rəisi İbrahim Liman bildirib.
Onun sözlərinə görə, hücum əyalətin Konduga rayonundakı məscidə olunub.
Qeyd edək ki, "Boko Haram" 2000-ci illərin əvvəlindən fəaliyyət göstərir. 2009-cu ildən bəri bu terrorçu qruplaşmanın törətdiyi kütləvi qanlı hadisələr nəticəsində 20 minə yaxın insan ölüb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31