Britaniya: "AB ilə ticarət müqaviləsi imzalamamaq riski var"

"Breksitdən sonra Britaniyanın Avropa Birliyi ilə ticarət müqaviləsi imzalamama riski var".

Bunu Berlində jurnalistlərə açıqlamasında Britaniyanın Xarici İşlər naziri Ceremi Hant deyib.

"Britaniyanın AB-dən xaotik formada çıxması halında Britaniya cəmiyyəti Brüsseli ittiham edəcək. Bu ssenari AB-yə qarşı bütöv bir nəslin pis münasibət bəsləməsinə səbəb olacaq", - deyə o bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31