Türkiyəyə qarşı çirkin oyun: Əsəd və PKK…

YPG-PKK terror qruplaşması Türkiyə-ABŞ əməkdaşlığı nəticəsində Menbiçdən qovulmasının qarşısını almaq üçün alternativ yollar axtarmağa başlayıb.

Terror qruplaşmasının bölgəni Bəşər Əsəd rejiminə təhvil vermək üçün keçirdiyi görüşlər intensiv xarakter alıb.

Rejim və terrorçuların planına əsasən, Menbiçə nəzarət birlikdə həyata keçiriləcək. Tərəflər artıq dəfələrlə Hələbdə görüşərək məsələni müzakirə ediblər.

Qeyd edək ki, YPG-PKK terror qruplaşmasının üzvləri sosial şəbəkə hesablarından da Menbiçin idarəsini Türkiyəyə buraxmayacaqlarını bildiriblər.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31