Çin XİN: "ABŞ-ı ticarət məsələlərində soyuqqanlılığı qorumağa çağırırıq"
23 İyul 2018 16:08 Dünya"Çin ABŞ ilə ticarət müharibəsi aparmağa can atmır".
Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan bildirib.
"ABŞ ilə getdikcə şiddətlənən ticarət müharibəsindən danışırıqsa, Çin bu müharibəni istəmir. Amma, bu, o demək deyil ki, biz bundan qoruxuruq, lazım gələcəksə, mübarizə aparacağıq. Bu, bizim qəti və aydın mövqeyimizdir və əvvəllər dəfələrlə bunu səsləndirmişik", - G.Şuan deyib.
O əlavə edib ki, Çin ABŞ-a ticarət məsələlərində soyuqqanlılığı qorumağı və müvafiq problemləri ağılla həll etməyi məsləhət görür.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31