"ABŞ-ın İranla bağlı istəyi budur" – General

ABŞ Prezidenti Donald Trampın İrana qarşı bəyanatları psixoloji fəndlərdən başqa bir şey deyil.

Bunu jurnalistlərə açıqlamasında İranın Bəsic qüvvələrinin rəhbəri general Qulamhüseyn Qeybpərvər deyib. Onun sözlərinə görə, İran bundan sonra da öz düşmənlərinə qarşı müqavimət göstərəcək:

"Öz inqilabi inanclarımızdan əl çəkməyəcəyik, düşmənlərimizin təzyiqlərinə müqavimət göstərməyə davam edəcəyik. Amerika İranı məhv etməkdən başqa heç nə istəmir".

Qeyd edək ki, Tramp bundan öncə İranı təhdid edərək, onu tarixində görmədiyi təzyiqlərlə üz-üzə qalacağını bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31