Somalidə terrorçular hərbi bazaya hücum edib, 27 əsgər həlak olub
23 İyul 2018 13:05 Dünya"Aş-Şabab" terrorçu qruplaşması Somalinin cənubunda yerləşən Kismayo şəhəri yaxınlığındakı hərb bazaya hücum edib.
Terrorçuların hücumu nəticəsində Somali ordusunun 27 əsgəri ölüb.
Somali ordusunun sözçüsü Maco Mohamud Aden hadisənin baş verdiyini təsdiqləyib.
"Bizdə hadisə ilə bağlı ətraflı məlumat yoxdur. Həbir bazaya əlavə qüvvə göndərilib", - deyə o, vurğulayıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31