Avropa İttifaqı ölkələrindən Rusiyaya silah daşıyan qruplaşma ifşa olunub

Rusiya Federal Təhlükəsizlik Xidməti Daxili İşlər Nazirliyi və Dövlət Qvardiyası ilə birlikdə Moskva, Sankt-Peterburq və Yaroslavl sakinlərindən ibarət cinayətkar qruplaşmanı ifşa edib.

Rusiya Federal Təhlükəsizlik Xidməti Daxili İşlər Nazirliyi və Dövlət Qvardiyası ilə birlikdə Moskva, Sankt-Peterburq və Yaroslavl sakinlərindən ibarət cinayətkar qruplaşmanı ifşa edib.

Qruplaşma Avropa İttifaqı ölkələrindən Rusiyaya odlu silah gətirilməsi ilə məşğul olub.

Xüsusi əməliyyat zamanı saxlanılanların yaşadığı məkanlardan 380 ədəd yerli və xarici istehsal məhsulu olan odlu silah, 45 mm-lik piyada minaatanı, "AQS-17" avtomatik qumbaraatan, əldəqayırma partlayıcı cihaz, 15 qəlpəsaçan əl qumbarası, 4500-dən çox səssiz atəş üçün uyğunlaşdırılmış müxtəlif çaplı patron, xeyli sayda odlu silahın əsas və komplektləşdirici hissələri müsadirə edilib.

Bundan əlavə, odlu silahların modernləşdirilməsi və döyüş sursatlarının istehsalı üzrə iki emalatxananın fəaliyyəti dayandırılıb.

Qruplaşmanın bütün üzvləri saxlanılıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31