"Ermənistan NATO üçün Tiflisə əsgər göndərir..." – Sərkisyan
23 İyul 2018 12:18 DünyaErmənistan bu gün NATO ilə əlaqələrə və gündəmə sahibdir, amma gündəmdə Ermənistanın NATO-ya üzvlüyü məsələsi yoxdur.
Bunu "1in.am" saytına açıqlamasında erməni politoloq Suren Sərkisyan deyib.
"Ermənistan Gürcüstandakı NATO təlimində iştirak edəcək. Hazırda gündəmdə NATO-ya üzvlük yoxdur. Lakin münasibətləri dərinləşdirmək çox vacibdir. Yaxın 20 il ərzində Ermənistan NATO üzvü olmayacaq. Üstəlik, NATO-nun gündəmində də Ermənistanın alyansa üzvlüyü məsələsi yoxdur. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağı planlaşdırmır", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31