5 Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası
23 İyul 2018 12:00 DünyaMoskva şəhərində "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası"nın Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib.
Azərbaycan Respublikasını sessiyada Ekologiya və Təbii Sərvətlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Sessiya zamanı "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Protokol" beş Xəzəryanı ölkə tərəfindən imzalanıb. Protokolun məqsədi Xəzər dənizi hövzəsində nəzərdə tutulan təsərrüfat fəaliyyətlərinin gözlənilən təsirlərindən qorunması üçün ətraf mühitə təsirlərin transsərhəd qiymətləndirilməsinin aparılması, şəffaflıq və davamlı inkişaf prinsiplərinin təmin olunmasıdır.
Qeyd edək ki, "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası" 12 avqust 2006-cı il tarixində qüvvəyə minib.