Tramp Obamanı yalan danışmaqda günahlandırıb

ABŞ prezidenti Donald Tramp sələfi Barak Obamanı tənqid edərək onu yalan danışmaqda günahlanddırıb.

ABŞ prezidenti Donald Tramp sələfi Barak Obamanı tənqid edərək onu yalan danışmaqda günahlanddırıb.

Bu barədə Tramp "Twitter"dəki səhifəsində yazıb.

ABŞ-ın hazırkı prezidenti ona diqqət yetirib ki, Obama Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxiləsi barədə bilirdi.

"Niyə o, bununla bağlı heç nə etmədi? Bizim (seçkiöncəsi) qərargahımıza niyə demədi? Çünki bütün bunların hamısı böyük bir yalandır. O, düşünürdü ki, fırıldaqçı Hillari (ABŞ-ın keçmiş dövlət katibi və seçkilərdə Trampın rəqibi olmuş Hillari Klinton) qalib gəlməli idi" - deyə Tramp vurğulayıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31