Pompeo İran hökumətini mafiya ilə müqayisə edib

ABŞ-ın dövlət katibi Mayk Pompeo İranı növbəti dəfə tənqid edib.

Bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilir ki, Pompeo İran rəhbərliyini korrupsiyada və insan haqlarını pozmaqda ittiham edib.

"Korrupsiyanın səviyyəsi və dini liderlərin var-dövləti göstərir ki, İrana adi hökumət yox, daha çox mafiyaya bənzəyənlər rəhbərlik edir", - deyə o, Kaliforniyadakı Ronald Reyqan Fonundakı çıxışında deyib.

Bildirilir ki, Pompeonun çıxışı İranda islam inqilabının 40-ci ildönümünə həsr olunub.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31