Tramp ABŞ-ın ünvanına təhlükələrlə bağlı Ruhaniyə xəbərdarlıq edib
23 İyul 2018 11:38 DünyaABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhanini Birləşmiş Ştatları təhdid edəcəyi halda ciddi fəsadlarla hədələyib.
Bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.
"Heç vaxt Birləşmiş Ştatları hədələməyin. Yozsa siz bütün tarixiniz boyu rastlaşmadığınız nəticələrlə qarşılaşacaqsınız. Biz daha sizin dəli sözlərinizi, zorakılığınızı və ölümü dəstəkləyəcək ölkə deyilik", - deyə o, "Twitter"-də yazıb.
Daha əvvəl Ruhani Birləşmiş Ştatlara xəbərdarlıq edib.

Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31