"Trampın igamətgahının üstündə təyyarənin qarşısı alınıb" - Ağ Ev
"ABŞ prezidenti Donald Trampın iqamətgahının üstündə uçan təyyarənin qarşısı alınıb". Bunu jurnalistlərə Ağ Evin mətbuat katibinin müavini Lindsi Uolters deyib.
23 İyul 2018 11:22 Dünya"ABŞ prezidenti Donald Trampın iqamətgahının üstündə uçan təyyarənin qarşısı alınıb".
Bunu jurnalistlərə Ağ Evin mətbuat katibinin müavini Lindsi Uolters deyib.
Qeyd olunur ki, şənbə günü Nyu-Cersi ştatında Trampın igamətgahı rayonunda uçuşsuz zona adlanan əraziyə daxil olan kiçik təyyarənin qarşısı alınması üçün havaya F-16 qırıcıları qaldırılıb.
Uoltersin sözlərinə görə, görülən tədbirlər bu cür vəziyyətdə tətbiq olunan standart praktikadır: "Təyyarənin pilotu sorğu-sual edilir".
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31