Şanxayda 200 minə yaxın insan qasırğaya görə təxliyyə olunub
22 İyul 2018 10:03 DünyaÇinin şərqində, Şanxay şəhərində hakimiyyət 192,7 min nəfəri təhlükəsiz yerlərə təxliyyə edib.
Trend-in məlumatına görə, buna səbəb Çin sahillərinə yaxınlaşan "Ampil" qasırğasıdır.
Yerli vaxtla saat 05:00-a görə, tayfun Şanxaydan 145 km məsafədə olub və şimal-qərd istiqamətində 25 km/s sürəti ilə hərəkə edib.
Qeyd olunur ki, Çjetszyan vilayətində də təxliyyə işləri aparılıb, lakin burada onlar o qədər də miqyaslı olmayıb - 38 min insan təxliyə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31