“Hoca üçün qız gətiririk” –  Adnan Oktarın gizli şifrələri çözüldü

Bir neçə gün əvvəl həbs edilmiş din alimi Adnan Oktar və qruplaşmasının telefon danışıqlarında istifadə etdiyi şifrələr açılıb. Qrup üzvləri telefon danışıqlarında onlar üçün nəzərdə tutulmuş xüsusi sözlərdən istifadə ediblər.

Teleqraf.com xəbər verir ki, hüquq- mühafizə orqanları Adnan Oktar qrupunun şifrələrini deşifrə etmək üçün qrup üzvlərinin telefon zənglərini 8 ay dinləyib.

Adnan Oktarın cinayət təşkilatının üzvləri əsasən? bu kəlimələrdən istifadə ediblər:

Ailəm çağırır - Adnan Oktar çağırır

Xalam çağırır - Adnan Oktar təcili şəkildə çağırır

Arxasınca qeybət etdik - Qurbanla cinsi əlaqədə olmaq

Yemək mədəsini qıcqırtdı - Qurban cinsi əlaqədə olmaq istəmədi

Telefonla danışdınız? - Qurban cinsi əlaqədə olarkən görüntüsünü çəkdiniz?

10 kiloqram ət gəldi - 10 min lirə pul göndərilib

100 kiloqram torpaq göndərilib - 100 min lirəlik çek göndərilib

Əgər vaxtı varsa, əmimin əlini öpməyə gələcəyik - Müdir yeni tapdığı qızla gəlir, yəni, Adnan Oktar (Hoca) üçün qız gətiririk

Draqosda görüşək - Adnan Oktarın evində görüşək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31