Oğlu və gəlini “səs verməyin” dedi, deputatlığa namizəd intihar etdi

Pakistanda millət vəkilliyinə namizəd intihar edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Mirzə Məhəmməd Əhməd Mughalın intiharına səbəb ailəsindən dəstək görməməsi olub.

Mughal intihardan əvvəl dərc etdiyi videoda bildirib ki, oğlu və gəlini qapı-qapı gəzərək seçicilərdən ona səs verməməsini istəyib. Videonun yayılmasından qısa müddət sonra onun cəsədi yaxınlıqdakı məzarlıqda tapılıb.

Onun namizəd olduğu NA-103 seçki dairəsində seçkilər təxirə salınıb.

Qeyd edək ki, Pakistanda parlament seçkiləri iyulun 25-də keçiriləcək. Mughal həyatını itirən üçüncü namizədir. Digər iki namizəd terror hücumlarında həyatını itirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31