İrana qanlı hücum: 10 hərbçi həlak oldu

İranın qərbində yerləşən Kürdüstan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusu - SEPAH-a yaraqlıların hücumu nəticəsində ən azı 10 hərbçi həlak olub.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın açıqlamasında deyilir.

Bildirilir ki, hücum bu gecə SEPAH-ın Merivan şəhəri yaxınlığındakı quru qoşunlarının qarovul postuna edilib.

Qeyd olunur ki, SEPAH hücumçuların bir neçəsini zərərsizləşdirməyə nail olub.

Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31