Rihanna milyarder sevgilisindən ayrıldı
20 İyul 2018 18:12 DünyaRihanna milyarder sevgilisi Hassan Cəmildən ayrılıb.
Meksikaya istirahətə gedən sevgililər dincəlmək əvəzinə dava ediblər.
Ətrafdakı insanlar da onların mübahisəsinə şahid olublar. Sevgililərin niyə dava etdiyi bəlli deyil. Deyilənə görə, mübahisəyə Cəmilin qısqanclığı səbəb olub.
Birlikdə çox vaxt keçirməsələr də, Hassan Rihannanın ona xəyanət etdiyini düşünür. O, sevgilisini bütün kişilərə qısqanır və kobudcasına onunla dalaşır. Milyarderin bu davranışı Rihannanı bezdirib və o, ayrılmaq qərarı alıb.
Ayrılığa peşman olmayan müğənni özünə daha çox vaxt ayırmağa başlayıb. Son vaxtlar kökələn Rihanna artıq pəhrizə başlayıb. İfaçı onun üçün ancaq pəhriz yeməkləri hazırlayacaq aşpaz işə götürüb.
Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31