Avropa İttifaqı Çin hakimiyyətinin uyğurlara münasibətindən narahatdır

Avropa İttifaqı-Çin Xalq Respublikası arasında İnsan Haqları üzrə keçirilən 36-cı dialoqda Sincan-Uyğur Muxtar rayonundakı "siyasi təlim mərkəzləri" ilə bağlı məsələ müzakirə olunub.

Avropa İttifaqı Pekinin uyğur türklərinin yurdundakı fəaliyyətindən narahat olduğunu bildirib.

Həmin toplantıda uyğurlarla yanaşı tibetlilərin haqlarından da bəhs edilib. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31