"Microsoft"un səhmləri kəskin bahalaşıb
20 İyul 2018 17:51 DünyaABŞ-ın informasiya texnologiyaları nəhəngi "Microsoft" şirkətinin səhmləri bir gün ərzində 4% bahalaşıb.
Buna səbəb şirkətin bu ilin II rübünə aid maliyyə göstəriclərinin analitiklərin proqnozlarından yüksək olmasıdır.
Belə ki, şirkət rüb ərzində 30 mlrd. dollar gəlir əldə edib, bunun isə 8,9 mlrd. dollarını xalis mənfəət təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31