Qazaxıstan neft hasilatını artıra bilər
20 İyul 2018 17:24 DünyaQazaxıstan "Kaşaqan" yatağından hesabına neft hasilatının həcmini artıra bilər.
Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib.
Onun sözlərinə görə, ölkəsi OPEC+ razılaşması əldə edildikdən sonra hasilatı artırmayıb: "Hasilat göstəricisi olduğu kimi qalıb - sutkada 1,8 mln. barel. İlin sonuna qədər bu sahədə artımın nə qədər olacağını müəyyən edəcəyik".
Xatırladaq ki, OPEC+ razılaşmasına əsasən, Qazaxıstan gündəlik hasilatını 20 min barrel azaltmalı idi.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31