"İron man" gerçək oldu: qiyməti 440 min dollardır
20 İyul 2018 16:42 DünyaCizgi roman və film dünyasının populyar obrazı olan "İron Man" gerçək olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ingilis ixtiraçı Riçard Brouninq 12000 fit yüksəkliyə qədər qalxan və saatda 50 kilometr yol qət edə bilən kostyum hazırlayıb.
Qollarında miniatür təyyarə motorları yerləşdirilən kostyumun hazırlanmasında elektron və 3D ölçülü mexanizmlərdən istifadə edilib.
Təyyarə və ya dizel yanacağı ilə çalışan kostyumun qiyməti 443 min dollardır.
Brouninq kostyum üzərində çalışdıqlarını və yeni modeli yaradılana qədər sadəcə 3-4 dəqiqəlik havada qalmağı tövsiyyə etdiklərini diqqətə çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31