Rusiyada XIV əsrə aid qəsr satışa çıxarılıb
20 İyul 2018 16:36 DünyaRusiyanın Kalininqrad vilayətində XIV əsrə aid qəsr satışa çıxarılıb.
Trend-in məlumatına görə, müsabiqədə iştirak ərizəsi avqustun 20-dək qəbul olunur. Obyektin ilkin dəyəri 9,7 milyon rubl təşkil edir.
Baqrationovsk şəhərində yerləşən, dayaq məntəqəsi kimi inşa olunan Preysiş-Eylau qəsri 2017-2019-cu illərdə regional özəlləşdirmə planına daxil edilib.
Tarixi tikili II Dünya müharibəsində elə də ciddi zərər çəkməyib, qəsrin yaşayış hissəsi 1960-cı illərin əvvəlinədək istismarda olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31