Rusiya XİN Yunanıstanın səfirinə etirazını bildirib
20 İyul 2018 16:32 DünyaYunanıstanın Rusiyadakı səfiri Andreas Friqanas Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
XİN-də A.Friqanasa iki Rusiya diplomatının ölkədən çıxarılması və daha iki Rusiya vətəndaşına ölkəyə giriş icazəsinin verilməməsi ilə bağlı rəsmi Afinanın antirusiya siyasətinə görə etiraz bildirilib.
Xatırladaq ki, Yunanıstanın "Katimerini" qəzeti iyulun 11-də yüksək səviyyəli diplomatik mənbələrə istinadən Yunanıstan tərəfinin iki Rusiya diplomatını ölkədən çıxardığını və daha iki Rusiya vətəndaşına milli təhlükəsizliyə qarşı qanunsuz hərəkətlər etdiklərinə görə ölkəyə daxil olmaq icazəsi verilmədiyini yazıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31