İranda neft saxlama anbarında partlayış olub

İranın mərkəzində yerləşən neft saxlama anbarında partlayış baş verib.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb, iki nəfər itkin düşüb.

Hadisə ölkənin Mərkəzi əyalətinin Xomeyni rayonunda baş verib. Neft məhsulları ilə dolu olan sisternlər yanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Partlayışın səbəbi araşdırılır.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31