Türkiyə Polşaya tramvay satacaq

Türkiyənin ən böyük və dünyanın 7-ci tramvay istehsalçısı olan Durmazlar şirkəti Polşaya tramvay satacaq. Bu Türkiyədən Avropa Birliyi ölkəsinə ilk tramvay satışı olacaq. Tramvaylar Olştın şəhərində xidmət edəcək. Cari ilin fevral ayında Olştın bələdiyyəsi tramvay xəttləri üçün tender açıb və bu tenderdə bir çox məhşur tramvay istehsalçısı iştirak etdib. Ancaq türk şirkəti bütün şərtləri yerinə yetirərək tenderin qalibi elan edilib. Tenderin ümümi dəyəri 20 milyon avro olaraq hesablanıb. Tenderin razılaşma sazişinin imzalanmasında Durmazlar Holdinqin İdarə Heyətinin üzvü Fatma Yılbirlik , Türkiyənin Polşa səfirliyinin Ticarət İqtisadiyyat Attaşesi Atilla Gökhan Kızılarsaln və Olştin şəhərinin Bələdiyyə başcısı Petr Grimoviç iştirak ediblər. Hal-hazırda Olştın şəhərində 11 kilometr tramvay xətti mövcuddur. 2020-ci ilə qədər bu xəttlərə 7 kilometr əlavə tramvay yolu çəkiləcək.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31