Azərbaycanlı aktrisa Burak Denizlə sevgilidir?

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgi münasibətinə başlayıb.

O, "Bizim hikaye" serialında birlikdə rol aldığı məşhur aktyor Burak Denizlə sevgilidir.

Üç ildir sevgi münasibəti yaşadığı aktrisa Büşra Develidən ötən ay ayrılan Burak Nəsrinlə olan münasibətini hər kəsdən gizlədir.

Qeyd edək ki, dünyaca məşhur "La Casa De Papel" serialında rol alması xəbərilə gündəmə gələn Nəsrin də şəxsi həyatının ön plana çıxmasını istəmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31