Macarıstanın baş naziri Aİ-nin “Ağlayan divarı” rəsmi ziyarət edən ilk hökumət başçısıdır

Macarıstanın Baş naziri Viktor Orban Qüdsdə "Ağlayan divar"ı ziyarət edən Avropa İttifaqına üzv dövlətlər arasında ilk baş nazirdir.

Ziyarət zamanı onu ravvin Şmuel Rabinoviç müşayiət edib.

Yəhudiləri müqəddəs saydıqları "ağlayan divarı" ilk dəfə Avstriyanın baş naziri Sebastyan Kurts ziyarət edib. Ancaq onun iyunun 11-də Qüdsə səfəri rəsmi deyil, xüsusi olub. O, həmin tarixdə Qüdsdə Avstriya tarixi ilə bağlı olan yerlərə də baş çəkib. Ancaq Viktor Orban bi ziyarəti rəsmi səfər çərçivəsində gerçəkləşdirib.

Bu yaxınlarda Birtaniyanın varis şahzadəsi Uilyam da "Ağlaya divarı" ziyarət edib. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31