İsrailin “milli dövlət” qanununa AB-dən cavab

İsrailin yeni qəbul edilən "milli dövlət" qanunu Avropa Birliyində narahatlıq doğurub.

Bu barədə Avropa Birliyinin Baş diplomatı Federika Moqerini danışıb.

"Biz çox qəti şəkildə bildirmişik ki, "iki xalq-iki dövlət" məsələsi irəliyə getmək üçün yeganə yol hesab olunur. Buna görə də sözügedən həll yolunun həyata keçirilməsi prosesini çətinə salacaq və ya bunu mümkünsüz edəcək istənilən addımdan qaçmaq lazımdır", - Moqerini deyib.

Xatırladaq ki, Fələstin hökuməti də İsrail parlamentində qəbul edilən "milli dövlət" qanununa rəsmi şəkildə etirazını bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31