Vısotskinin birinci arvadı vəfat etdi

SSRİ-nin məşhur incəsənət xadimi Vladimir Vısotskinin birinci arvadı, Rusiyanın xalq artisti İza Vısotskaya 81 yaşında vəfat edib.

Bu barədə RİA Novosti məlumat yayıb.

"Kədərimizi bildirmək üçün söz tapa bilmirik. Bu səhər Rusiyanın xalq artisti İza Vısotskaya vəfat etdi", - məlumatda bildirilib.

Aktrisa Nijniy Tagil şəhərində dəfn olunacaq.

Qeyd edək ki, İza Vısotski Vladimir Vısotski ilə 5 il evli olub.

Kult.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31