ABŞ Rusiya, Türkiyə, Çin, Almaniyaya qarşı... - Perinçək
20 İyul 2018 11:42 DünyaTürkiyənin ABŞ-ın cəbhəsinə dönmək ehtimalı yoxdur. Venesuela da, başqa ölkələr də bunun fərqindədir.
Bunu Vətən Partiyasının sədri Doğu Perinçək Venesuelanın qızıllarını Türkiyədə saxlamaq barədə qərarına münasibət bildirərkən deyib.
"ABŞ artıq embarqo tətbiq edilən bir ölkə vəziyyətinə gəlib. İraqa, Rusiyaya, Venesuelaya, Türkiyəyə embarqo, Çinlə ticarət müharibəsi, Almaniyaya ticari sanksiyalar... Bu tabloya baxanda ABŞ-ın özünü yalnızlaşdırdığını görürük. Cənubi Amerika artıq əvvəlki kimi ABŞ-ın arxa bağçası deyil. Onlar da ABŞ əleyhinə iqtisadi və siyasi sahədə sürətlə yerini alacaqlar", - Perinçək qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31