Ukrayna Krım körpüsünü partlatmaq istədi... - İddia

Ukraynaya məxsus Su-25 təyyarəsinin Azov dənizi sahilində olduqca alçaq hündürlükdə uçması yaxınlıqda olan sakinləri qorxudub.

Bu barədə "Nyusfeed.ru" saytı məlumat yayıb. Ukrayna Hərbi Hava Qüvvələrinin adı açıqlanmayan nümayəndəsi qırıcının təlim keçdiyini və şərti qayığın tutulması vəzifəsini yerinə yetirdiyini bildirib.

Lakin bir sıra rusiyalı hərbi ekspert iddia edib ki, Ukrayna HHQ-yə məxsus qırıcı Krımla Rusiyanı birləşdirən yeganə körpünü partlatmaq istəyib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31