Türk qırıcıları havaya qaldırıldı: Şimali İraqda əməliyyat

Türkiyə aviasiyası Şimali İraqda təyin olunmuş hədəfləri məhv edib.

Bu barədə TSQ-nin Baş Qərargahından informasiya yayılıb.

Məlumata görə, Türkiyə qırıcıları İraqın şimalındakı Avaşin, Basyan, Zap və Hakurk bölgələrinə aviasiya zərbələri endirib. Hava əməliyyatı nəticəsində separatçı terror qruplaşmasına məxsus sığınacaq, döyüş mövqeyi, sursat anbarı kimi istifadə olunan hədəflər məhv edilib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31