Dudurkayevin qızı İstanbulda həbs edildi

Türkiyədə 5 nəfər İŞİD terror qruplaşması ilə əlaqələrdə ittiham olunaraq saxlanılıb.

Bu barədə "Deyli Sabah" hökumətə yaxın mənbələrə istinadla məlumat yayıb.

Saxlanılanlar arasında Çeçenistan Federal Miqrasiya Xidməti İdarəsinin keçmiş rəisi Asu Dudurkayevin qızı da olub. İŞİD tərəfdarlarının saxlanması istiqamətində əməliyyat İstanbulda iyulun 4-də keçirilib.

Xatırladaq ki, 2013-cü ilin noyabrında Çeçenistan rəhbəri Ramzan Kadırov Dudurkayevi qızının Suriyada terrorçuların cərgəsində olması səbəbilə istefaya göndərib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31