Hindistanda avtobus dərəyə aşdı - 14 ölü, 16 yaralı
Hindistanın şimalında ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölkənin şimalında Uttarakxand ştatında sərnişin avtobusu dərəyə aşıb.
19 İyul 2018 18:06 DünyaHindistanın şimalında ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölkənin şimalında Uttarakxand ştatında sərnişin avtobusu dərəyə aşıb.
Qəza nəticəsində 14 nəfərin öldüyü, daha 16 nəfərin yaralandığı bildirilir.
Məlumata görə, içərisində 30 nəfərin olduğu avtobus dərinliyi 250 metr olan dərəyə aşıb. Qəzadan dərhal sonra hadisə yerinə xilasedicilər cəlb olunub. Yaralılar vertolyotla xəstəxanalara çatdırılıb.
Qəzanın hansı səbəbdən baş verməsi hələ dəqiq məlum deyil, hadisə araşdırılır.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31